Close

Həcc ziyarəti zamanı ölənlər arasında azərbaycanlı var?

“Bizim zəvvarların hamısı hazırda oteldədir”.

Bunu TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri deyib.

O bildirib ki, azərbaycanlı zəvvarların hamısının səhhəti normaldır: “Hər şey yaxşıdır. Narahat olmayın. Zəvvarlarımız bütün ibadətlərini yerinə yetiriblər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib. Bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturunun 52 dərəcəyə çatdığı bildirilib.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar iyunun 26-dan etibarən ölkəyə qayıtmağa başlayacaqlar. Zəvvarlarımızın sonuncu qrupu iyulun 1-də ölkəyə dönəcək.

Aygün