Close

Zəvvarlarımız ölkəyə nə vaxt qayıdacaqlar?

Müsəlman aləminin vacib əməllərindən sayılan Həcc ziyarətini tamamlayan zəvvarlar artıq evlərinə dönməyə başlayıb. Azərbaycanlı zəvvarlar isə iyunun 26-dan etibarən ölkəyə qayıdacaqlar.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, zəvvarlarımızın sonuncu qrupu iyulun birində ölkəyə dönəcək.

Vüsal Cahangiri həcc əməllərini başa vuran zəvvarlarımızın digər günlərdə Kəbəyə gedib namaz qıldıqlarını, dua etdiklərini bildirib.

Məkkədə havanın temeperaturunun 50 dərəcəyədək yüksəldiyini deyən QMİ rəsmisi zəvvarlarımızın vəziyyətinin yaxşı olduğunu, isti vaxtlarda açıq havada çox olmadqılarını vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycandan zəvvarların Həcc ziyarətinə səfəri iyunun 4-dən getməyə başlayıb və iyunun 10-dək davam edib.
Bu il ümumilikdə 1500 zəvvar Səudiyyə Ərəbistanına gedib.

Aygün