Close

Həcc ziyarəti zamanı türkiyəli 23 zəvvar ölüb

Bu il Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən Türkiyə vətəndaşları arasında həyatını itirənlərin sayı 23-ə çatıb.

TNS Türkiyə mediasına istinadla xəbər verir ki, zəvvarların ölüm səbəblərinin əksəriyyətinin ürək-damar xəstəlikləri və yoluxucu xəstəliklər olduğu açıqlanıb.

Qeyd edək ki, bu il Türkiyədən müqəddəs torpağa Həcc ziyarətinə 84 mindən çox insan gedib.  Onlardan 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib. Zəvvar namizədlərinin orta yaşı 60-dır.

Müqəddəs torpaqlarda göstərilən sağlamlıq xidmətləri çərçivəsində türkiyəli həkimlər tərəfindən 56 mindən çox müayinə aparılıb.

Zəvvar namizədlərinin müayinələrinin əksəriyyəti Dini İşlər Məkkə Xəstəxanasında aparılıb. 500-dən çox tibb işçisinin çalışdığı xəstəxana C tipli, ibtidai və orta səviyyəli xidmətlər göstərir. 100 çarpayılıq, 20 filialda poliklinika, təcili yardım, görüntüləmə mərkəzi və stomatoloji mərkəzi olan xəstəxanada bu il ilk dəfə olaraq uşaq poliklinikasının da açılışı olub.

Aygün