Close

Zəvvarlar ziyarətin son əməlini yerinə yetirir

Artıq builki Həcc ziyarəti bitmək üzrədir. Hazırda zəvvarlarımız Minadadır və bu gün Minada sonuncu şeytan daşlama günüdür.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, bu mərhələ də başa çatdıqdan sonra zəvvarlarımız otellərə qayıdacaqlar.

V.Cahangiri onu da bildirib ki, bu gün Səudiyyə Ərəbistanında-Məkkədə havanın temperaturunun 45 dərəcə olacağı proqnazlaşıdrılıb: “Temperatur 45 dərəcə proqnazlaşdırılsa da, ziyarətin həyata keçirildiyi məkanlarda, açıq havada faktiki 50 dərəcəyədək yüksəlir. Havanın isti olmasına baxmayaraq, zəvvarların sağlamlıqları ilə bağlı ciddi problemlər yoxdur”.

Qeyd edək ki, bütün zəvvarlar bütün Həcc əməllərini yerinə yetirdikdən sonra qurbanları da kəsərək hacı olublar.

Bu il Azərbaycandan Həzz ziyarətinə 1500 zəvvar gedib.

Aygün