Close

Bakıda bayram namazı qılınıb

İyunun 16-da paytaxtdakı Təzəpir, “Əjdərbəy” və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

TNS xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər məscidlərində, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

17185177162337332269_1200x630

17185177161216044779_1200x630

17185177164431332143_1200x630

17185177166526744677_1200x630

1718517716241385814_1200x630