Qafqaz Müsəlmanları İdarəsi: "Şamaxı rəsədxanası ilə danışmışıq, ay üfüqdə görünüb"
199
11:05 - 02 May 2022

“Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
"Şamaxı rəsədxanası ilə danışmışıq, ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, - Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq: “Buna da Qazfqaz Müsəlmanları İdarəsi səviyyəsində icazə verilib”.