Close

Həcc ziyarəti nə zaman başlayacaq?

Bu il Azərbaycandan Həcc ziyarətinə səfər iyunun əvvəlində başlayacaq.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Hazırda sənəd qəbulunun davam etdiyini deyən QMİ rəsmisi yerlərin məhdud olduğunu da açıqlayıb.

Qeyd edək ki, QMİ bu il Həcc ziyarətinə gedəcək olan zəvvarların kvotası ilə bağlı məlumatı açıqlamayıb. Ötən il gedənlərin sayı 1440 nəfər olub.

Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Aygün