Close

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu nə zaman başlayacaq?

Bu gün Qafqaz Müsəlmanları (QMİ) İdarəsinin təşkilatçılığı ilə bir qrup zəvvar (15 nəfər) Ümrə ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedib.

QMİ-dən TNS-verilən məlumata görə, zəvvarlar bir həftə ərzində ziyarətlərini gerçəkləşdirəcək.

Qeyd edək ki, ölkədə Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətini bir QMİ-dən başqa, turizm şirkətləri də həyata keçirir.

QMİ-dən Ümrə ziyarətinin mövcud qiyməti ilə bağlı məlumat açıqlanmasa da, TNS-in əldə etdiyi məlumata görə, qiymətlər 1350 dollardan başlayır və xidmət səviyyəsinə görə dəyişir.

Qeyd edək ki, ötən il QMİ tərəfindən təşkil olunan Ümrə ziyarətinin ortalama qiyməti 1200-1300 dollar civarında olub.

Qurumdan bildirildi ki, bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun nə zaman aparılacağı, azərbaycanlı zəvvarlar üçün nə qədər kvoto ayrılacağı hələlik açıqlanmasa da, prosesin başlamasına az vaxt qalıb.

Aygün