Məscidlərə dini rəhbərləri bu orqan təyin edəcək

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub.
TNS xəbər verir ki, "Dini etiqad azadlığı haqqında" Qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.
Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".