Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
19
09:31 - 14 May 2025

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.
TNS xəbər verir ki, bununla bağlı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.