Fəxrəddin Manafova yeni vəzifə verildi
20
14:59 - 02 May 2025

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.
Bu barədə TNS-ə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov Şuraya üzv təyin edilib.
Nazirin digər əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenarist İlham Qasımov da Şuraya üzv təyin edilib.