Close

ARKA-ya yeni təyinat - FOTO

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub.

Bu barədə TNS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Elxan Pərviz oğlu Cəfərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.

unnamed_-_2025-04-29T131445-957