Close

Kino Agentliyinə baş direktor təyin edildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə baş direktor təyin olunub.

TNS xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb. 

Qeyd edək ki, R.Əzizov bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.