Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
234
16:35 - 18 Aprel 2025

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyevin səhhətində problem yaranıb.
TNS xəbər verir ki, aktyor artıq 10 gündür, xəstəxanaya yerləşdirilib.
Ona ağciyər çatışmazlığı diaqnozu qoyulub.
Qeyd edək ki, Vahid Əliyev 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.
Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olub.