“44” filmində niyə yerli yox, türkiyəli aktrisa oynayıb? - AÇIQLAMA

Xalq artisti Mehriban Zəki Vətən müharibəsindən bəhs edən “44” filmindən danışıb.
TNS xəbər verir ki, bu barədə “Pərvizə görə”də verilişində açıqlama verən sənətçi sosial şəbəkələrdə türkiyəli aktrisa Özge Gürelin sözügedən ekran işində rol almasına irad bildirənlərə cavab verib: “Çox qəribədir, “44” haqqında danışılan kimi niyə qalmaqallı nöqtəyə toxunursunuz? Orada heç bir qalmaqallı tərəf yoxdur. Hamımızı sevindirən, bizdə sevinc hissi yaradan o olmalıdır ki, film müharibə dövrünü ehtiva edəcək, onu ekrana gətirəcək. Bu, bizim üçün çox dəyərli sənət əsəri olacaq. Təbii ki, insanlar hər zaman "niyə bu oldu?", "filan oldu", - kimi qınamaq mövqeyində olurlar, buna cəhd edirlər. Çünki bilmirlər. Lakin ssenariyə əsasən, Özgenin oynadığı obraz türkiyəli xanımdır. Filmdə Türkay Cəfərli, Nadir Rüstəmli çəkilir. Sonra İbrahim Çingiz mənim oğlumu canlandırır. Çox yaraşıqlı, gənc aktyorlarımız rol alır”.