Close

Məşhur gürcü rejissorun Azərbaycanda ustad dərsi olacaq

Dünya şöhrətli gürcü rejissoru, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Bədii rəhbəri Robert Sturua və teatrın direktoru Georgi Tevzadze Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya gəliblər.

TNS xəbər verir ki, qonaqlar martın 10-da Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında təşkil olunacaq təntənəli bayram tədbirdə və "Bölgə teatrlarının Bakı premyeraları layihəsi"nin bağlanış mərasimində iştirak edəcəklər.

Eyni zamanda teatrımızda Robert Sturuanın ustad dərsi təşkil olunacaq.