Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Nəriman Həsənzadə: “Yaşadıqca gərək onun mənasını da biləsən...”

“Anam o yuxudan sonra dua yazdırır ki, oğlum yazıqdır, şair olmasın. Şair olmağımı istəmirdi. Bəlkə də, yazıq qadın elə düz edirdi, istəmirdi. Şairlik çox çətindir. Daim özündə olmursan. Bir mövzu bitir, o biri başlayır. Səndən asılı deyil. Gecələr yuxusuz qalırsan. Mürəkkəbdir, çətindir. Elə həyat özü də sadə deyil”.

TNS-ə müsahibəsində deyib bu sözləri Xalq şairi Nəriman Həsənzadə.

Bu gün ömrünün 94-cü ilini tamamlayan şairlə əlaqə saxladıq, yaşının bu çağında həyatdan olan istəyi ilə maraqlandıq.

Xalq şairi əvvəlcə Azərbaycan xalqına və dövlətinə gözəl həyat arzuladı: “Mən həyatdan nə istəyə bilərəm? Həyatın gözəlliyini...

Əvvəla xalqıma gözəl, firəvan həyat istəyirəm. Prezidentimizə bütün işlərində uğur arzulayıram. Bu saat həyatın özü mübarizədir.

Öz istəyim yaşamaqdır, hamı yaşamaq istəyir. Ancaq yaşadıqca gərək onun mənasını da biləsən.

Mənimlə maraqlandığınız üçün Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Sağ olun”.

Aygün