"Saçıma dən düşdü, xəbər tutmadın..." - 94-ü haqlayan Xalq şairi - VİDEO

Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür.
TNS xəbər verir ki, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi N. Həsənzadə 1931-ci ildə Ağstafa rayonunda anadan olub.
Azərbaycan Prezidentinin Sərəncamı ilə N. Həsənzadəyə 2005-ci ildə “Xalq şairi” fəxri adı verilib. Xalq şairinin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.
O, “Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) yüksək təəssüratlar və ödüllərlə qayıdıb.
Xalq şairini təbrik edir, cansağlığı arzulayırıq.
Xalq şairinin doğum günündə bəstəkar Arif Mehmandostun onun "Tapşırdın məni" şeirinin sözlərinə bəstələdiyi mahnını təqdim edirik:
Qeyd edək ki, mahnını da Arif Mehmandost ifa edib.