Aktrisanın faciəli taleyi - Sevgisinə qarşılıq vermədiyi şəxs onu amansızlıqla öldürdü
![](/upload/files/up4/Xeberler/medeniyyet/2025/02/aktrisa.jpg)
"1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Onu bağışlamaq olarmı?” filminin ssenarisi Mehdi Məmmədovun “Bahar” pyesinin əsasında yazılıb. Rejissor Rza Təhmasibin çəkdiyi filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyətindən və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir".
TNS xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev özünün sosial media hesabında yazıb.
O bildirib ki, filmdə erməni mənşəli sovet kinoaktyoru Qurgen Ovanesoviç Tonunts "Tərlan" və sovet kinoaktrisası Manana Abuyeva "Sevda" rolunda iştirak ediblər.
1944-cü ildə anadan olan aktrisa "Gün çıxmazdan əvvəl" filmində "Xonar", "Səhər" filmində "Süzanna", "Onu bağışlamaq olarmı?" filmində "Sevda" rolu ilə yaddaşlarda qalıb: "Gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır. Filmə baxan tamaşaçılardan biri ona dəlicəsinə vurulur. Ona müxtəlif hədiyyələr göndərən şəxs dəfələrlə Manana xanıma evlilik təklifi göndərsə də, aktrisa ona imtina edir. Manyakcasına onu izləyən şəxs xəbər göndərir ki, əgər onunla evlənməsə, qadını öldürəcək. Sözünü də tutur.
Manana Abuyeva evə gedən zaman sürətlə maşını aktriasının üzərinə sürərək onu öldürür", - deyə o əlavə edib.