“Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş beynəlxalq sərgi açıldı
![](/upload/files/up6/2025/02/ecc9da17-9c50-4cac-8eb5-33fc0a9945d5.jpg)
Astanada Qazaxıstan Respublikasının Milli Muzeyində Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunmuş “Dil fəzilətin başlanğıcıdır: Divanü lüğat-it-türk” adlı beynəlxalq sərginin açılışı olub.
TNS xəbər verir ki, tədbir Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi, Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Dünyası Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, mədəniyyət nazirliklərinin rəhbərləri, o cümlədən dövlət və ictimaiyyət xadimləri iştirak ediblər. Qonaqlar arasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva və Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev də olub.