"Bizdə şou-biznes yoxdur" - Nura Suri
Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
TNS xəbər verir ki, sənətçi feysbuk paylaşımında bunları qeyd edib:
"Təklif edirəm, hətta xahiş edirəm, şou-biznes sözünü yerli müğənnilərin adının yanında yazmayasınız. Toy-biznes yazın. Bizim müğənnilər (mən daxil) ancaq toydan qazanır. Şounu Ledi Gaga, Şakira, Benson Boone, JLo, Bruno Mars və sair kimi müğənnilər göstərir. Bizdə eyni səhnəni və trendi Xalq artistləri və bayağı adlandırdıqlarınız bölüşür. Sadəcə bəziləri daha baha qiymətə və daha çox tədbirə gedir (fərq ancaq bundadır). Heç bir şoudan və performansdan söhbət gedə bilməz".