Ziya Ağa yenidən böyük səhnədə - FOTO
İstedadlı teatr və kino aktyoru, prezident mükafatçısı Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.
TNS-in məlumatına görə, belə ki, aprelin 20-də Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissor Oksana Rəsulovadır.
Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın aktyorları ifa edirlər.
Qeyd edək ki, Ziya Ağa bir müddət əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından ilə ayrılıb. Onun teatrda özünə və digər aktyorlara münasibətə etiraz etdiyi, bu səbəbdən narazılıq yarandığı bildirilirdi. Sonda o, "Azdrama"dan ayrılmağa qərar verib.