Azərbaycan və Türkiyə birgə serial çəkir
Akademik Milli Dram Teatrında xalq artisti Nurəddin Mehdixanlı ilə Türkiyənin “DEVİN Media Akademi” film şirkəti arasında müqavilə imzalanıb.
TNS xəbər verir ki, müqavilə Azdramda baş tutan mətbuat konfransında bağlanıb.
“Azərbaycan və Türkiyənin sənət adamları bu müqavilə fonunda daim əməkdaşlıq edəcəklər. İmzaladığımız müqavilə müddətsizdir. Təhsilyönümlü əməkdaşlığımız artıq var. Qısa müddətdə ilk serialımızın istehsalına başlayacağıq. Yaxın tarixdə Zəfər tariximizlə əlaqədar çoxseriyalı iş görməyi planlaşdırırıq”, - Mehdixanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdullah Qurbani isə hazırda bir ssenarinin hazır olduğunu bildirib.