Xalq şairinin vəziyyəti yaxşıdır - İşə çıxacaq
15
12:39 - 20 Yanvar 2025
Ötən həftə ürək əməliyyatı keçirən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti yaxşıdır.
TNS-in məlumatına görə, Xalq şairi bu gün həkim müayinəsindən keçirilib və səhhətinin qənaətbəxş olduğu bildirilib.
Vəziyyəti normallaşan Nəriman müəllim bir neçə gün istirahət edəcək, növbəti həftədən işə çıxacaq.
Qeyd edək ki, Xalq şairi hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiridir.
Aygün