Close

Aktyor Azər Baxşəliyevin son durumu açıqlandı

İki gün öncə ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə TNS-ə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

O bildirib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanvarın 2-də böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Həmin gün axşam saatlarında ölüm xəbəri yayılan aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.

Xatırladaq ki, 1985-ci il təvəllüdlü A. Baxşəliyev daha çox “Bozbash Pictures”in filmlərində “Ağsaqqal” obrazı ilə tanınıb.