Dualı Sultan köynəkləri
15
14:43 - 09 Dekabr 2024
Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyində açılan “Dualı Sultan köynəkləri” sərgisi dekabrın 20-dək davam edəcək.
TNS xəbər verir ki, sərgidə Osmanlı sultanlarının geyindikləri dualı köynəklər əsasında hazırlanan əsərlər nümayiş olunur. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı 16 nəfərdən ibarət komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 23 nümunə yer alır.
Sərgi dekabrın 20-dək davam edəcək.