Close

Xalq artisti virusa yoluxdu - VİDEO

Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.

TNS xəbər verir ki, müğənni bu haqda “Instagram”da paylaşım edib. O, həkimlərin yazdığı müalicəni etmədiyini bildirib

“Mənə resept yazdılar, atdım kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun.

25 gündür korona tutmuşam. Şükür, yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum.

Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar”.