Close

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

TNS xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.

17322589265587646407_1200x630 17322589263168051565_1200x630 17322589264046164282_1200x630 17322589265774031091_1200x630 17322589261188146832_1200x630