Close

“Azərbaycan Atabəyləri” filminin nümayişinə bu tarixdə başlanılacaq

Çəkiliş prosesi başa çatan “Azərbaycan Atabəyləri” filmi dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq.

Bu barədə TNS-ə filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti məlumat verib.

İlqar Mehti qeyd edib ki, flmin Azərbaycan Televiziyasında (AzTV) yayımlanması dekabrın sonuna doğru olacaq və dəqiq tarix AzTV tərəfindən açıqlanacaq.

Filmin çəkilişləri ilə bağlı bütün işlərin, demək olar ki, başa çatdığını deyən baş prodüsser biletlərin hələ satışa çıxarılmadığını bildirib.

Qeyd edək ki, film iki bölmədən ibarətdir. 

İlqar Mehti filmin serial kimi çəkilməməsini belə izah edib: “Serial çəkilmədi, çünki bunun üçün hazırlıqlar tamamlanmayıb. Gələcəkdə serial çəkilişi nəzərdə tutulub, lakin bunun üçün dövlət dəstəyi lazımdır”.

Aygün