Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Cəfər Cabbarlı Mükafatının qalibləri bilindi

Cəfər Cabbarlı Mükafat Komissiyasının növbəti iclası keçirilib.

TNS AMEA-ya istinadən xəbər verir ki, iclasda komissiyanın sədri, C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı bu mükafatın 1935-ci ildə təsis olunduğunu qeyd edib. Onun sözlərinə görə, ictimai-siyasi həyatda baş verən böyük təbəddülatlardan və fasilədən sonra Cəfər Cabbarlı Mükafatı ədibin 100 illiyi münasibətilə 2001-ci ildə Gülarə Cabbarlının rəhbərliyi ilə bərpa edilib, son 23 ildə komissiyanın 10 iclası keçirilib, 80-dən çox elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat xadimi mükafata layiq görülüb.

Bu il akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas Mirzə Maşov, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, yazıçı-publisist Kənan Hacı, şair, publisist Ağasəfa Yəhyayev, Əməkdar artist Şövqi Hüseynov, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva, rejissor İman Məcidov Cəfər Cabbarlı Mükafatına, Gəncə Dövlət Universitetinin baş müəllimi Könül Məmmədova isə xüsusi diploma layiq görülüb.

Mükafatların təqdimat mərasimi oktyabrın 17-də keçiriləcək.