Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Mübariz Tağıyev: “Bundan da gözəl xoşbəxtlik ola bilər?” - VİDEO

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyev Böyük Qayıdışın doğurduğu yüksək əhval-ruhiyyəni ifadə etmək üçün özünün oxuduğu məşhur bir nəğmənin sözlərindən misal gətirir və deyir: “Bu bir ovuc qədər xoşbəxtlik yox e, bir qucaq sevincdir!”

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

TNS xalq artisti Mübariz Tağıyevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edir.