Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

“Azərbaycan Atabəyləri” filminin treyleri yayıldı - VİDEO

"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin treyleri Vətən müharibəsi şəhidlərinə ithafən bu gün yayımlanıb.

TNS xəbər verir ki, bu barədə Atabəylər.az "Instagram" səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, bədii-sənədli film kino üslubunda çəkilib.

"Film Atabəylərin tarixindən, müdrik idarəçiliyindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha dərindən anlamaq üçün bu film bədii-sənədli janrda çəkilib. Treylərin məhz bu gün paylaşılması 44 günlük Vətən müharibəsi şəhidlərinə ithaf edilir", - paylaşımda bildirilib.

Filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi və Mehriban Zəki canlandırıb. Quruluşçu rejissoru Məcid Güvəndir.