Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Dahi bəstəkarın naməlum əsəri tapılıb

Dahi bəstəkar Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan əsəri tapılıb.

TNS xəbər verir ki, bu barədə Leypsiq bələdiyyə kitabxanası məlumat yayıb.

Simli trio üçün yazılmış əsər “Serenate ex C” adlanır və 12 dəqiqədən ibarətdir. Ehtimal olunur ki, Motsart onu bacısı Nannerlin şərəfinə bəstələyib.

Əlyazma təxminən 1780-ci ilə aid bir nüsxədir. Tünd-qəhvəyi mürəkkəb və ağ əl işi kağızdan istifadə edilib, parçalar ayrı-ayrılıqda cildlənib və əlyazma imzasız olub. Əsərin 1760-cı illərin ortalarından sonlarına qədər yaradıldığı güman edilir. O zaman Motsartın 10-13 yaşı var idi.

Bəstəkarın əsərlərinin xronoloji ardıcıllıqla tam kataloqu olan "Köxel"in (Köchelverzeichnis) yenilənmiş nəşrində əsərə KV 648 nömrəsi və “Çox kiçik gecə serenadası” (Ganz kleine Nachtmusik) alternativ adı verilib.

Sentyabrın 21-də “Serenate ex C” Leypsiq Opera Evində ilk dəfə səsləndiriləcək.