Close

22:00
18 Sentyabr 2024

“İndi hamı qatil, hər kəs pozğundur”

“Siz "Marketə gedəcəyəm, uşaq qonşuda 5 dəqiqəlik dayansın", - deməyin. “Avtobusda narahatdır, övladım dayının qucağında otursun", - deməyin. "Ay canım, əmi bircə dəfə öpsün", - deməyin. “Xeyr”, - deyəndə hörmət edin”.

TNS xəbər verir ki, bunları müğənni Günel Zeynalova izləyicilərinə müraciətində bildirib.

O, valideynləri diqqətli olmağa çağırıb: “Övladınıza məhrəmini öyrədin, "kiçikdir, hələ başa düşməz", - deməyin. Valideyn övladını ən yaxınlarına belə qeyri-şərtsiz etibar etməməlidir. Oğlunuza uşaqlıqdan qızlara münasibəti izah edin. Qızınıza kişilərlə nə dərəcədə münasibət qura biləcəyini aşılayın. Qızlarınıza "qışqırma", - deməyin. Ona nə vaxt qışqıracağını öyrədin. Əgər çətinliyə düşübsə, bacardığı qədər qışqırmağı bacara bilsin.

Onu polislə qorxutmayın ki, başına pis iş gələndə polisə sığına bilsin. Hər dəfə çöldə olanda itərsə, nə edəcəyini, kimsə ona toxunub zərər vermək istəyərsə və ya bu kimi hallarda nələr edə biləcəyini izah edin. Öyrədin ki, izah edə bilmədiklərinizi peşmanlığınıza çevirməyəsiniz. Dövrümüz qapımızın ağzında rahatlıqla çörəyi və tomat pastasını qonşularımıza təqdim etdiyimiz günlərə bənzəmir. İndi hər kəs pozğundur. Hamı qatildir. İndi bizim üçün hər kəs qatil namizədidir".

Könül