Close

22:00
18 Sentyabr 2024

"Azərbaycanı "Avroviziya"da Aygün Kazımova təmsil etməlidir" - VİDEO

Niderlandda yaşayan məşhur ispan DJ Cuan "RadiOcto"ya Aygün Kazımova ilə bağlı açıqlama verib.

TNS xəbər verir ki, hər il "Avroviziya" ilə bağlı partilərdə DJ-lik edən Cuan jurnalistin "Azərbaycanda "Avroviziya"ya gəlməsini istədiyini elə bir müğənni tanıyırsınız mı?" - sualına Cuan belə cavab verib:

"Aygün Kazımova möhtəşəmdir. O, Azərbaycanı "Avroviziya"da təmsil etməlidir. Düşünürəm ki, Azərbaycan onda bir daha qalib olacaq".
O bildirib ki, Xalq artistinin ifa tərzini çox sevir və onu "Avroviziya"da qalib görür.

Könül