Close

21:58
17 Sentyabr 2024

Əməkdar artist: “Fonoqramı qonşumuz oxumayıb ki...”

Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl qatıldığı toyda fonoqram oxuduğu üçün ev sahibləri tərəfindən şiddətə məruz qalan müğənni Kərim Abbasova dəstək olub. 

TNS xəbər verir ki, sənətçi Kərimi döyən şəxsləri tənqid edib: "Fonoqramı qonşumuz, xalamız qızı, əmimiz nəvəsi oxumayıb ki... Öz səsimiz, nəfəsimizdir. Belə mədəniyyətsizlik, tərbiyəsizlik hamımızın başına gələ bilər. Gücləri sənətçiyə çatır. Həyat bumeranqdır, nə ediriksə, həyat hamısını qarşımıza çıxarır. Sən zəhmətinlə qazanan oğulsan, Kərim, hamımız bunu bilirik, sənin yanındayıq".

Könül