Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Müğənnilərin fantastik qonorar tələbləri – Yarım saata 10 000, bütöv toya 18 000 manat…

Məhərrəm və Səfər ayları artıq başa çatıb, Azərbaycanda toy mövsümünə yenidən start verilib. Hər il olduğu kimi, bu il də müğənnilərin yeni mövsüm üçün tələb etdikləri qonorar maraqlıdır.

Azərbaycanın ən populyar müğənnilərinin yeni toy qiymətləri necədir?

TNS xəbər verir ki, Xalq artisti Faiq Ağayevin bütün toy üçün istədiyi qonorar 15000, Brilliant Dadaşovanın 15000, Abbas Bağırovun 18000, Murad Arifin 11000 manatdır.

Aygün Kazımova yarım saatlıq çıxış üçün 8000, Brilliant Dadaşova 7000, Faiq Ağayev 7000, Röya Ayxan 10000, Tünzalə Ağayeva 7000, Murad Arif 4000 manat qonorar tələb edənlərdəndir.

Digər müğənnilərin el şənlikləri üçün tələb etdikləri məbləğ aşağıdakı kimidir:

Abbas Bağırov - bütün toy 18000, yarım saat 5000 manat;

Xəyyam Nisanov - bütün toy 13000, yarım saat 4500 manat;

Lalə Məmmədova - bütün toy 10000, yarım saat 5000 manat;

Zamiq Hüseynov - bütün toy 13000, yarım saat 5000 manat;

Elton Hüseynəliyev - bütün toy 15000, yarım saat 5000 manat;

Nadir Qafarzadə - bütün toy 10000, yarım saat 4000 manat;

Samir Piriyev - bütün toy 12000, yarım saat 4000;

Nuri Sərinləndirici - yarım saat 8500 manat;

Natavan Həbibi - yarım saatlıq 5000 manat;

Miri Yusif - yarım saat 7000 manat;

Reper Cin - yarım saat 3500 manat;

Çingiz Mustafayev - yarım saat 5000 manat;

Günay İbrahimli - yarım saat 5000 manat;

Eyyub Yaqubov - yarım saat 4000 manat;

Namiq Qaraçuxurlu – yarım saat 4000 manat;

Manana – yarım saat 4000 manat;

Hiss – yarım saat 5000 manat.

Könül