Close

Hacı İsmayılovun müavinləri kimlər oldular? - FOTO

Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.

TNS xəbər verir ki, Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov isə sədr müavinləri təyin olunub.

Həmçinin ittifaqın idarə heyətində Xalq artistləri Siyavuş Kərimi, Azər Zeynalov, İlham Əsgərov, Cənnət Səlimova və rejissor Mərahim Fərzəlibəyov yer alacaqlar.

Xatırladaq ki, ittifaqın əvvəlki sədri Azər Paşa Nemətov 2023-cü il aprelin 9-da vəfat edib.

thWPEdFAhaVNQHT53PIaGSRR8XYxB0YktWhBo18t_640