Close

Azərbaycanda yeni teatr yaradılacaq

Azərbaycan Teatr Xadimləri İttifaqı ayrıca bir teatr yaratmağı nəzərdə tutub.

Bu barədə TNS-ə müsahibəsində Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, ittifaqın sədri vəzifəsini müvəqqəti icra edən Hacı İsmayılov bildirib.

O deyib ki, ittifaqın binasının təmirə ehtiyacı var: “İttifaqın binası 54 il əvvəl tikilib, istifadəyə verilib. Binanın xüsusilə zalının tavanı və divarlarında tökülən hissələr var. Təmir etməliyik ki, burada yeni bir ab-hava yaransın. İşlər yaxşı getsə, Teatr Xadimləri İttifaqında ayrıca teatr açmaq fikrimiz var. Zalımız, məşq etməyə yerimiz var. Böyük formatda olmasa da, müəyyən çərçivədə burada, xüsusilə gənclər üçün yeni ab-hava gətirən teatr yaratmaq istəyirik ki, fəaliyyət göstərsin”.

H. İsmayılov onu da bildirib ki, binanın təmiri işlərində quruma dəstək göstərənlər var: “Xeyirxah insanlar ittifaqın binasının təmiri ilə bağlı işləri üzərlərinə götürüblər. Yəqin ki, onların xeyirxahlığı nəticəsində biz yeni teatr açmaq arzumuza da nail olacağıq”.

Aygün