Close

Azərbaycan Teatr Xadimləri İttifaqına yeni sədr seçiləcək

Bu ilin payızında Azərbaycan Teatr Xadimləri İttifaqının konfransının keçirilməsi və yeni sədrin seçilməsi nəzərdə tutulub.

Bu barədə TNS-ə müsahibəsində Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, İttifaqın sədri vəzifəsini müvəqqəti icra edən Hacı İsmayılov bildirib.

O bildirib ki, Teatr Xadimləri İttifaqının beş ildən bir konfransı keçirilməlidir: “Bu il son konfrasdan beş il vaxt ötür. Konfrans keçirilməli, yeni sədr və müavinlər seçiməlidir”.

Xalq artisti konfransı bu ilin oktyabr ayına təyin etdiklərini deyib: “Son vaxtlar Azərbaycanda dünyamiqyaslı tədbirlər keçirilir. Bu il də məlum olduğu kimi, sentyabrın 1-nə parlament seçkiləri təyin olunub. Noyabrda COP29 tədbiri var. Biz də istəyirik ki, arada imkan tapıb konfransı keçirək”.

Aygün