Close

Ərdəbil prokurorluğu Damlanın qaldığı oteli və çıxış etdiyi salonu möhürləyib - VİDEO

Azərbaycanlı müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

TNS xəbər verir ki, bu barədə məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, Ərdəbil prokurorluq bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla” əlaqələndirib.

Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Məlumata görə, səfərdən əvvəl İran teleradio şirkətinin Gənc Jurnalistlər Klubu, bir sıra dövlət KİV-i bu tədbir barədə müsbət rəylər yazmışdı.

Ərdəbil əyalətinin prokuroru, salonun möhürlənməsi və Damlanın konsert proqramının dayandırılması haqqında əmr verən Cəlal Əfaki bildirib ki, istənilən xarici ölkə vətəndaşı dəyər və qanunlara hörmət etməlidir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşı etibar və etimaddan sui-istifadə edib.

Tehran hakimiyyətinə yarınmaq istəyən bəzi qruplar Damlanın konsertindən hiddətləndiklərini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə müğənnin İranda insanlar arasında başıaçıq formada görünütləri yayılıb.

Məlumat üçün bildirək ki, Damlanın Ərdəbil şəhərində gecələdiyi beşulduzlu otel də möhürlənib. Belə ki, müğənni Cənubi Azərbaycandan olan soydaşlarımızdan birinin dəvəti ilə toya gedib.
Sosial şəbəkələrdə görüntülər yayılanbdan sonra Damlanın qaldığı beşulduzlu otel və toyun keçirildiyi salon möhürlənib.