Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Xınalıq və Köç yolunun keçdiyi ərazilərdə böyük canlanma olacaq - FOTO

“Xınalıq və Köç yolu üzərində Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri mövcuddur. Burada yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidə var”.

Bunu TNS-in “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna təşkil olunan mediaturda iştirak edən əməkdaşına Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssi Fərəh Sabirqızı deyib.

xx-1

Agentlik rəsmisi bildirib ki, buranın zəngin mədəni turizm imkanları nəticəsində regional turizm bazarı üçün unikal, mədəni və təbiət turizm məhsulları yaradılacaq. 

 

xx-8 “Bu yeni qoruq həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizm, kempinq, haykinq, yolsuzluq maşınları ilə hərəkəti təmin edəcək. Müvəqqəti yaşayış yerlərində qonaqlama və digər fərqli turizm məhsulları da xidmətə daxil ediləcək. Beləliklə də bir çox dağ kəndində turizm sənayesinin inkişafında mühüm rol oynayacaq. Paralel olaraq, qoruqda etnik və mədəni turizm məhsullarının inkişafı icma əsaslı turizm dəyər zənciri yaradacaq. Yerli əhali ilə birbaşa bağlı olduğuna görə köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizmlə bağlı özünüməşğulluq imkanları olacaq”, - o əlavə edib.

xx-2

xx-3

xx-4

xx-5

xx-6

xx-7

xx-9

Bünyamin Bünyadzadə