Close

"Xınalıq hələ tam şəkildə araşdırılmayan yurd yerlərimizdəndir”

"Xınalıq qədim tarixə malik olmaqla bərabər, hələ tam şəkildə araşdırılmayan yurd yerlərimizdən biridir”.

Bunu TNS-in Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediaturda iştirak edən əməkdaşına Arxeoloiya və Antropologiya İnstitutunun əməkdaşı İdris Əliyev deyib.

O bildirib ki, Xınalıq toponiminin haqqında bir çox mülahizə mövcuddur: “Bəzi tədqiqatçılar Xınalıq sözünün Hunalı, Hunalıq yəni, Hun tayfalarına aid olduğunu bildirirlər. Digər mütəxəssislər isə deyirlər ki, bu yerlərdə dağların, iri sıldırım qayaların çoxluğu və həmin qayaların rəngi xına rəngində olduğu üçün bu yaşayış massivinin adı belə adlandırılıb”.

Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində  “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

Bünyamin Bünyadzadə