Xınalıq tarix-etnoqrafiya muzeyində antik dövrlərə aid nümunələr saxlanılır

Xınalıq tarix-etnoqrafiya muzeyində antik dövrlərə və Sasani imperiyasının aid nümunələr, qiymətli əşyalar saxlanılır.
TNS-in Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediaturda iştirak edən əməkdaşı xəbər verir ki, burada büllur daşlardan hazırlanmış qolbağlar, üzüklər və bir çox bəzək əşyası qorunur.
Muzeyin əməkdaşları bildiriblər ki, yaxın zamanlarda bu məkanın UNESCO-nun Ümumdünya İrs siyahısına salınması onları çox sevindirib, işlərini daha da uğurla davam etdirmək üçün ruhlandırıb.
Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.
Bünyamin Bünyadzadə