Rüfət Həsənov Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edilib

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.
TNS APA-ya istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.
"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.