Adil Kərimli Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri, iki müşavir təyin etdi
121
10:46 - 01 Mart 2023

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub.
TNS xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.
Belə ki, nazirliyin aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib.
Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.