Baş nazir Mədəniyyət Nazirliyi ilə bağlı qərar imzaladı
62
16:00 - 28 Yanvar 2023

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
TNS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb.
Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.