800 illik mumiyada unikal döymələr aşkarlanıb

Beynəlxalq antropoloqlar, mədəni irs ekspertləri və laboratoriya analitikləri qrupu 800 yaşlı And mumiyasının üzündə və əlində əvvəllər görülməmiş tatuajlar aşkar ediblər.
TNS xəbər verir ki, onların məqaləsi “Cultural Heritage” jurnalında dərc olunub.
Təqdiqatçılar eramızın 1215-1382-ci illəri arasında yaşadığını göstərən mumiyanın yaşını təyin etmək üçün radiokarbon tarixçəsindən istifadə ediblər. Daha sonra çılpaq gözlə görünməyən istənilən döymələri aşkar edən infraqırmızı reflektoqrafiya vasitəsilə mumiyanın hər iki yanağında (qulaqdan ağıza doğru uzanan üç düz xətt) və biləyində (S hərfi şəklində) döymələr tapıblar.
Döymələrin maqnitdən əldə edilən piqmentlərlə və piroksen adlı mineralla bədənə çəkildiyi aşkarlanıb. Onları təəccübləndirən kömürdən istifadə olunmamasıdır.
Tədqiqatçılar tatuajların məqsədini müəyyən edə bilməyiblər, çünki buna bənzər heç bir şey əvvəllər mumiyada görülməyib.
Buna baxmayaraq, alimlər döymələrin bu qədər nəzərəçarpacaq dərəcədə tətbiq olunmasının qadınlar üçün çox vacib məna kəsb etdiyini təxmin edirlər.