Close

Elektrik cərəyanını keçirən yeni bakteriya

ABŞ-nin Oreqon sahillərində palçıqlıqlarda əvvəllər məlum olmayan bakteriya növü aşkar edilib. "Candidatus Electrotrix Yaqonensis" adlanan bu bakteriya elektrik cərəyanını keçirmə qabiliyyətinə malikdir.

TNS xəbər verir ki, kəşfin müəllifləri, Oreqon Dövlət Universitetinin professorları bildiriblər ki, bakteriya elektrik cərəyanını məftil kimi keçirə bilir.

Hüceyrələri uzun saplar əmələ gətirən bakteriya nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşımaq xüsusiyyətinə malikdir.

Yeni növ digər tanınmış kabel bakteriya cinsləri olan Ca. Elektrotrix və Ca. Electronema-nın genetik xüsusiyyətlərini daşıyır. Bu, bakteriyaların bu iki növ arasında təkamül körpüsü ola biləcəyini göstərir. Bakteriyaların elektron daşıma qabiliyyəti o deməkdir ki, o, çirklənmiş çöküntülərdən zərərli maddələrin çıxarılması kimi ekoloji tətbiqlərdə istifadə edilə bilər.

Bakteriya, kəşfin edildiyi bölgənin yerli əhalisi olan "Yaqona" icmasının şərəfinə "Candidatus Electrotrix Yaqonensis" adlandırılıb.