1 həftə qaranlıqda qalan bloqer psixoloqa getməli olub

Rusiyalı milyonçu - bloqer Dima Maslennikov bir həftə tam qaranlıqda keçirdiyi təcrübədən sonra psixoloqa müraciət etməli olub.
TNS xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında bildirib.
Maslennikov görmə məhdudiyyətli insanların problemlərinə diqqət çəkmək istədiyini qeyd edib: “Bütün bu təcrübə ona görə edilib ki, videoya baxan hər kəs təbiətin bizə bəxş etdiklərini bəzən necə qiymətləndirmədiyimizi düşünsün".
Yeddi gün ərzində Maslennikov gözlərini lentlə yapışdıraraq adi işinə gedib. Bundan əlavə, o, xüsusi maska taxıb. Təcrübə bitdikdən sonra boqer göz yaşlarını saxlaya bilməyib və hallüsinasiyalar görüb. Buna görə də o, psixoloji yardım almaq qərarına gəlib.